<< Geri
|
|
Maks Lukado
Bu insanlar kimdir? Qüdrətli Tanrının əlindəki adi insanlar
Bu kitabda Allahın adi insanları dünyanı dəyişdirməyə cəlb etməsindən bəhs olunur. Bəli, nə müqəddəs, nə dahi, ancaq sadə insanları. Bəs bu insanlar kimlərdir? Hiyləgərlər, fırıldaqçılar, yalançılar... Təsəvvür edin ki, söhbət bizim «iman qəhrəmanları» hesab etdiyimiz İbrahim, Musa, Paul, Peter, Matta və bir çoxları haqqında gedir. Tanrı onların qüsurlarını Öz məhəbbəti ilə tamamlayanda, onlar qəhrəman oldular. Ən əsası, müəllifin də vurğuladığı kimi, bu insanlar bizik. Xəyanət edən bizik. Mərhəmət göstərməyən bizik. Yalan danışan bizik. Zina edən bizik. Hər şeyi öz bildiyi kimi edən bizik. Lakin Tanrı insandakı bütün pis şeylərə üstün gəlir və yaxşı şeyləri götürür ki, onda Öz izzətini izhar etsin.
|