Oxumaq üçün proqramlar |
|
• Elektron kitabların oxunması üçün pulsuz proqramlar üçün formatlar: PDF, EPUB, FB2, DOCX, RTF, TXT
• İnformasiya təhlükəsizliyi üçün təlimat
|
|
|
Əgər kompyuteriniz elektron kitabın hər hansı formatını açmırsa, demək ki, sizdə bu formatı açmaq üçün baxış proqramı quraşdırılmamışdır. Aşağıda pulsuz proqramların siyahısı tərtib edilib. Bu proqramları qurğunuza yükləmək və quraşdırmaq lazımdır.
• Elekron kitabların PDF formatında oxunması və ya çap edilməsi üçün Adobe Reader proqramından istifadə etməyi tövsiyə edirik. Burada istehsalçıların saytından yükləmək olar: https://get.adobe.com/ru/reader/
|
|
• Eyni zamanda alternativ proqram da mövcuddur – Foxit Reader. Burada istehsalçıların saytından yükləmək olar: https://www.foxitsoftware.com/ru/downloads/
|
|
• EPUB formatında kitablarının oxunması üçün biz Icecream Ebook Reader istifadə etməyi məsləhət görürük. Proqramın son versiyanı buradan yükləmək olar: https://icecreamapps.com/ru/Ebook-Reader/
|
|
• FB2 formatında kitablarının oxunması üçün biz Cool Reader proqramından istifadə etməyi tövsiyə edirik. Proqramın son versiyanı buradan yükləmək olar: https://sourceforge.net/projects/crengine/
|
|
• RTF və DOCX formatında fayllarla işləmək üçün Microsoft Office istifadə etməyi məsləhət görürük, qeyd etmək lazımdır ki, DOCX fayllarının açılması üçün ya Microsoft Office 2003 yeniləmə paketi ilə, ya da Microsoft Office 2007, yaxud daha yeni versiya tələb olunur. Həmçinin Open Office paketindən də istifadə etmək mümkündür. Son versiyasını istehsalçının saytında yükləmək olar: https://www.openoffice.org/ru/
|
|
• TXT formatındakı sənədləri oxumaq üçün sizin sistemdə mövcud olan mətn redaktorundan istifadə edin. Milli şriftlərin dəstəklənməsi üçün UNICODE (UTF) kodlaşdırmasının dəstəklənməsi vacibdir. Bunun üçün Akelpad proqramını tövsiyə etmək olar: http://akelpad.sourceforge.net/ru/
|
|
|
İnformasiya təhlükəsizliyi üçün təlimat
Elektron kitabları oxuyarkən və yükləyərkən anonimliyi təmin etmən üçün çətin olmayan bir neçə qaydaya əməl etmək lazımdır:
1. Brauzerin istifadəsi zamanı saytı bütün məşhur brauzerləri dəstəkləyən “inkognito” rejimində açmaq lazımdır. Bu rejimdə istifadə olunan sayta giriş tarixi və yüklənən faylların siyahısı yaddaşa verilmir.
Məsələn, Google Chrome üçün bu funksiya Ctrl+Shift+N düymələrin kombinasiyasının basılması ilə yerinə yetirilir.
|
|
Məşhur Mozilla Firefox brauzerində gizli rejim Ctrl+Shift+P kombinasiyası ilə aktivləşdirilir.
|
|
Opera brauzerində də gizli rejim mövcuddur: Ctrl+Shift+N.
|
|
Lakin yadda saxlamaq lazımdır ki, saytların internetə giriş tarixi sizin xəbəriniz olmadan internet-provayderinizin yaddaşına həkk oluna bilər. Yaxud da siz iş yerinizdə, korporativ proksi-serverin jurnalında gizli rejimdən istifadə etsəniz, məntiqi olaraq bu, sizi nüfuzdan salar. Gizli rejimdən sui-istifadə etməyin.
|
|
2. Eləcə də istifadə etdiyiniz saytın veb-ünvanını nişanda və sürətli giriş panelində yaddaşa verməyi məsləhət görmürük.
|
|
3. Yüklədiyiniz kitablar sizi nüfuzdan sala bilərsə, onları nə iş, nə də ev kompyuterində saxlamağınız məsləhət deyil. Yaxşısı budur ki, onları USB-fləşkartda saxlayın və kompyuterdən uzaq tutun.
Müdrik və məsuliyyətli olun!
|
|
|