Coş Makdauell Erin Devislə
AÇIQ-AYDIN FAKTLAR SEKS HAQQINDA VALİDEYNLƏRİNİZİN ONLARDAN SORUŞMAYACAĞINIZI GÜMAN ETDİYİ 39 SUAL
Reyçel imanlı cəmiyyət mühitində böyümüşdü. On yaşında o, artıq məsihçi idi. Valideynləri və pastor ona elə təlqin etmişdilər ki, seks pis şeydir. Budur, o, kollecə qəbul olunub, yataqxanadakı qonşuları bütün günü elə bu barədə danışırlar. Hətta məsihçi dostlarından bəziləri seks haqqında adi bir şey kimi danışırlar. Reyçel özlüyündə düşünməyə başlayır: «Bu mövzu nəyə görə hamını bu qədər maraqlandırır?»
|