<< Geri
|
|
Coş MAKDAUELL Ed STYUART
YAXIN ADAMIN ÖLÜMÜ
«Bilirəm ki, bütün bunlar Mettiyə görə oldu — Çad Rocers sakitcə öz-özünə dedi. O, alaqaranlıqda magistralın tozlu tərəfi ilə gedirdi. Ayağının altına təsadüfən düşən çınqıl daşı tapdalayaraq, kiçik qardaşına hirsləndi: «Hələ yeddi yaşı yoxdur, amma anam onunla elə rəftar edir ki, sanki alçaq dağları bu yaradıb! Yəqin anam onu mağazaya aparıb ki, yeni video oyun alsın. Anamın mənim dalımca məktəbə gecikməsi təəccüblü deyil!»
|